Bu qızla şəkil çəkdirmək olmur (FOTO)

Cənubi Koreyada yaşayan bir uşaq internetdə sahib olduğu izləyici kütləsi ilə çoxlarının diqqətini çəkib.

ANS PRESS-in məlumatına görə, koreyalı 5 yaşlı Brenna Yon adlı qızcığaz ən populyar foto-paylaşım saytı hesab edilən “Instagram”da 1 milyondan çox izləyici ilə bir sıra məşhurları geridə qoyub.

O, noutbukda oyun oynayarkən, bahalı avtomobillərdə oturarkən verdiyi pozlarla izləyicilərin rəğbətini qazanıb. Sosial şabəkə fenomeninə çevrilən qızcığazın “Vine”da 306 min, “Facebook”da 220 min izləyicisi var ki, onlardan ən çoxu Malayziya, Sinqapur və İndoneziyalı sosial şəbəkə istifadəçilərinin payına düşür.

Getdiyi alış-veriş mərkəzlərində onunla şəkil çəkdirmək istəyənlərə qarşı əsəb keçirdiyini bildiriən Yonun “Instagram” izləyicisi məşhur aktrisa Kameron Diazın izləyici sayından çoxdur.

…read more

From:: ANS