Erməni polisi 4 çinlini saxlayıb

Dünən Erməni polisinin əməkdaşları tərəfindən İrəvanda mehmanxanaların birində 4 nəfər çinli saxlanılıb.

ANS PRESS-in məlumatına görə, ilkin ehtimallara əsasən, erməni polisi tərəfindən yaxalanan çinlilərin həmin mehmanxanada massajçı olaraq çalışdığı bildirilib.

Araşdırmalar zamanı məlum olub ki, çinlilər bu mehmanxanada təkcə masajçı olaraq çalışmayıblar.

Belə bir ehtimal var ki, çinlilər bu mehmanxanada məcburi əməyə təhrik olunublar. …read more

From:: ANS