Ana qızını döyüb öldürdü

Almaniyada bir ana 3 yaşlı qızını döyərək öldürüb.

ANS PRESS-in məlumatına görə, Almaniyanın Hamburq şəhərində yaşayan türk ailələrdən birində dəhşətli cinayət hadisəsisinin təfərrüatları üzə çıxıb.

27 yaşlı Mələk Yetiş ötən il dekabr ayının 18-də təcili yardıma zəng edərək övladının yıxıldığını söyləmişdi. Lakin Tibb işçilərinin uşağa baxması nəticəsində onun öldüyü müəyyən olunmuşdu.

Alman polisi tərəfindən aparılan araşdırmalardan sonra bədənində döyülmə izləri olan uşağın elə anası tərəfindən öldürüldüyü məlum olub.

Dərhal qadın həbs edilib və daha sonra isə haqqında ömürlük məhkəmə qərarı çıxarılıb. Qadının həyat yoldaşı hüseyin Yetişə isə qızını qoruya bilmədiyi səbəbilə 4 il yarım həbs cəzası verilib. …read more

From:: ANS