Rusiyadan şok addım

Rusiya Mərkəzi Bankı neftin qiymətinin aşağı düşməsi səbəbi ilə şok qərar verib.

ANS PRESS-in məlumatına görə, Rusiya Mərkəzi Bankı son zamanlar çətin günlər keçirən Rusiya iqtisadiyyatını canlandırmaq məqsədi ilə bazara müdaxilə edib. Qərarın ardından dollar rubl qarşısında dəyər qazanaraq tarixi bir rekord qırıb.

Rusiyada pul vahidi rublun dollar qarşısında dəyər itkisinin qarşısını almaq üçün uçot dərəcəsini 10,5%-ə yüksəldib. Beləliklə də 1 dollar 55,46 rubla yüksəlib.

Rusiya Mərkəzi Bankından bildirilib ki, 2015-2016-ci illərdə Rusiya iqtisadiyyatında böyümə olmaya bilər. Xüsusilə brent markalı neftin qiymətinin 65 dollara düşməsi Rusiya iqtisadiyyatının geriləməsinə səbəb olub.

Qeyd edək ki, Rusiya dünyanın ən əhəmiyyətli neft ixracatçısı olan ölkələr arasında yer alır. …read more

From:: ANS