Bakıda partlayış həyəcanı

Paytaxtda tapılan qumbara istifadəyə yararlı imiş.

ANS PRESS Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.

Dərhal FHN-in müvafiq qurumları hadisə yerinə cəlb olunub və istifadəyə yararsız vəziyyətdə olan bir ədəd “F-1” markalı əl qumbarası mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar etməyiblər. …read more

From:: ANS