“Sehirli alma”nın premyerası keçirildi (VİDEO)

Bəstəkar Oqtay Zülfüqarov ömrünün 86-ci ilini uşaqlara yazdığı yeni baletin təqdimatı ilə qeyd etdi. Uşaq mahnılarının müəllifi kimi tanınan xalq artisti Oqtay Zülfüqarov 86 illik yubileyi bu il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirildi.

ANS TV-nin məluatına görə, Opera və Balet Teatrında xalq artisti Oqtay Zülfüqarovun uşaqlar üçün yazdığı “Sehrli alma” ikipərdəli baletinin premyerası baş tutdu. Premyeraya gələnlər bəstəkarın bu yaşda yazdığı baleti böyük maraqla izləyirdilər.

Bu yaşda insan sadəcə müdrik olmur, həm də uşaqlaşır. Ömrünü uşaqlara həsr edən bəstəkar elə bu gün də uşaqların əhatəsindəydi.

“Sehirli alma”nın premyerası anşlaqla keçdi. Balet sadəcə uşaqların deyil həm də elə valideynlərin də ürəyincəydi. Bunu onların alqışlarından da anlamaq olurdu.

Çünki Oqtay Zülfüqarov onların da uşaqlığının bəstəkarıdır. Oqtay Zülfüqarov baletin uğurlu olacağına hələ məşqlər zamanı inanırdı:

“Əsəri bəstəkar yazanda bilmir ki, orkestirdə bu necə səslənəcək. Məşq zamanı isə gördüm ki, bu çox gözəl səslənir. Mən düşündüm ki, ömrümüm axırında bir dənə uşaqlar üçün balet yazım. Üç opera, bir operetta yazmışdım. Amma balet yox idi. Baleti ona görə yazdım ki, uşaqları səhniyə alışdırım. Məqsədim isə uşaqlar həddi-buluğa çatanda bilsinlər ki, opera və balet nədir. Mən dünyamı dəyişəndə sonra, bunlar bizim balalarımıza yadigar qalacaq”.

Bu sözünüzlə razılaşa bilmirik Oqtay müəllim, uşaqlar sizdən daima yeni əsərlər gözləyirlər.

Allah sizə ömür versin ki, yazıb, yaradasınız!

…read more

From:: ANS