İŞİD Liviyada 5 nəfər öldürdü

Liviyanın Misrata şəhəri yaxınlığında İŞİD terrorv qruplaşmasının məsuliyyəti öz üzərinə götürdüyü bomba hücumu nəticəsində beş nəfər ölüb.

ANS PRESS “Amerikanın Səsi”nə istinadən verdiyi xəbərə görə, partlayıcılarla doldurulmuş avtomobil şəhərin qərb hissəsində yoxlama məntəqəsinin qarşısında partladılıb.

Siyasi baxımdan bölünmüş Liviyada Misrata şəhəri paytaxt Tripolidə qeyri-rəsmi hökumətə yaxındır. Beynəlxalq ictimaiyyət tərəfindən tanınan ölkə rəhbərliyi isə Liviyanın şərqində Tobruk şəhərində qərargahlanıb.

Tripolidə yerləşən hökumətin baş naziri Xəlifə Ghvell xaricilərin ölkəyə gətirdiyi zorakılıq adlandırdığı hadisəni pisləyib. “Biz İslamı təmsil etdiklərini iddia edərək, Liviyaya gələn bu xainlərə qarşı mübarizə aparmaq və onları təqim etmək üçün ordu, polis və inqilabi qüvvələrə dəstək verəcəyik”-deyə o bildirib.

Qeyd edək ki, İŞİD tərəfdarları keçən ildən başlayaraq Liviyada xarici işçilərin edam edilməsi də daxil olmaqla, bir neçə hücuma görə məsuliyyəti öz üzərinə götürüb. …read more

From:: ANS