BP-nin Bakı ilə bağlı planı

“BP-nin bütün nümayəndəliklərində olduğu kimi Azərbaycan nümayəndəliyində də ixtisarlar ola bilər”.

ANS PRESS-ə bu barədə “BP Azərbaycan”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı şirkətin icraçı direktoru Bob Dadlinin “Guardian”a məsələ ilə əlaqədar verdiyi açıqlamanı şərh edərkən bildirib.

Bob Dadli həmim açıqlamasında ixtisarların BP-nin ABŞ, Azərbaycan, Böyük Britaniya və Almaniyadakı nümayəndəliklərinə aid olacağını demişdi. Lakin bunun o, ixtisarların platforma işçilərinə aid olmayacağını vurğulamışdı. “Guardian” ixtisarlar üçün şirkətin 1 milyard dollar xərcləyəcəyini də bildirmişdi.

Tamam Bayatlı Bob Dadlinin açıqlamasını şərh edərkən bildirib: “BP-nin Azərbaycanda icraçısı olduğu layihələr uzun-müddətli və çox əhəmiyyətli layihələrdir. BP bu layihələrlə bağlı öhdəliklərinə sadiqdir və onlara əməl etməkdə davam edəcək. Bu layihələr uğurla irəliləyir və bundan sonra da planlara uyğun şəkildə davam edəcək.

Bununla belə, aydındır ki, indiki mühitdə biz rəqabətqabiliyyətliliyimizi daha da artırmaq üçün imkanlara baxırıq, o cümlədən lazımsız mürəkkəblikləri aradan qaldırmaq və səmərəliliyi artırmaq imkanlarına baxırıq. Bu imkanlar əsasən əməliyyat proseslərimizinin, təchizat fəaliyyətlərimizin və təşkilatımızın daha sadə və səmərəli olması istiqamətlərindədir. Təbii, bunlar biznes fəliyyətinin tələblərinə uyğundur və bizim daha rəqabərqabiliyyətli olmağımızı təmin edəcək. Bununla belə, əsas diqqətimiz biznesin əsas sahələrindən, əməyin təhlükəsizliyi və obyektlərimizin və əməliyyatlarımızın etibarlılığını təmin etmək məqsədlərindən kənara yayınmayacaq. Bunlar bizim əsas diqqət sahələrimiz olaraq qalacaq. Bu, bizə imkan verəcək ki, təhlükəsiz və etibarlı biznes əməliyyatları aparmaqla yanaşı, biz həm də daha quclü və daha rəqabətqabiliyyətli olaq.” …read more

From:: ANS