Azərbaycana yeni heyvanlar gəlir

Prezident İlham Əliyevin müvafiq sərəncamının icrası ilə əlaqədar heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə 7160 baş iri buynuzlu cins damazlıq heyvanların gətirilməsi üçün müqavilə imzalanıb.

ANS PRESS-in Kənd Təsərrüfatı Nazirliyinə istinadla verdiyi məlumat görə, satın alınacaq damazlıq düyələrin cins tərkibinin araşdırılması, seçilməsi və respublikaya gətirilməsi məqsədilə Nazirliyin bir qrup mütəxəssisi və idxal olunacaq damazlıq heyvanların alınmasını sifariş vermiş sahibkarlar Almaniya Federativ Respublikasında ezamiyyətdə olublar.

Ezamiyyə müddətində Almaniya Federativ Respublikasının Bremen, Aşağı Saksoniya və Saksoniya əyalətlərinin heyvandarlıq təsərrüfatlarına baxış keçirilib. Eyni zamanda heyvanların seçilməsində bilavasitə sahibkarların özləri də iştirak ediblər.

Hazırda 948 baş Holşteyn-friz cinsli damazlıq heyvan seçilərək karantinə qoyulub. Onlardan 264 başı respublikamıza idxal olunub, növbəti 264 baş isə gətiriləcək. Həmin heyvanların 15 dekabr trixinədək respublikaya çatacağı və sahibkarlara təhvil veriləcəyi gözlənilir. …read more

From:: ANS