Bakılı erməni qadın: “Torpaqlar Azərbaycana qayıtsa qurban kəsəcəm” (FOTO)

“Allah dağıtsın Ermənistanı. Azərbaycan torpaqları qaytarılsa, Allaha and olsun qurban kəsərəm”. Bu sözləri Bakıda yaşayan erməni qadın deyir.

ANS PRESS-in məlumatına görə, KarabakhİNFO.com beynəlxalq e-jurnalının “Günahsız günahkarlar” layihəsinin növbəti həmsöhbəti, Bakıda yaşayan erməni əsilli qadın Janetta Məmmədova olub.

Dağlıq Qarabağ münaqişəsindən sonra köçüb getməyən Bakı ermənilərinin bəziləri Dövlət Statistika Komitəsinin hələ 1999-cu ildə keçirdiyi siyahıyaalma zamanı öz milliyətini gizlətməkdən çəkinməmişdir. O zaman Dağlıq Qarabağ istisna olmaqla, Azərbaycanda 700-ə yaxın erməninin yaşadığının qeydə alındığı bildirilir. Deməli, o zaman azərbaycanlıların arasında yaşayan yalnız 700 nəfər erməni milliyətini açıq söyləməkdən çəkinməmişdir.

Amma Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları müxtəlif vaxtlarda, müxtəlif tribunalardan dəfələrlə aramızda kifayət qədər erməninin yaşadığını bildiriblər və daha çox səsləndirilən rəqəm isə 30 min nəfərdir. Əslində bu rəqəmin az və ya çox olması o qədər də önəmli deyil. Faktdır ki, hələ də ölkəmizdə ermənilər var və onlar Azərbaycan vətəndaşları ilə bərabərhüquqa malikdirlər. Amma Ermənistanda bir nəfər belə olsun azərbaycanlı yoxdur. Çünki onlar etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları öz evlərindən qovublar. “Karabakhinfo.com”e-jurnalının mövzu ilə bağlı 20 oktyabr 2012-ci il sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin rəsmi məktubunda qeyd edilib ki, 2009-cu il əhali siyahıyaalınmasının yekunlarına əsasən Azərbaycan Respublikası üzrə erməni əhalisinin sayı 120 min 306 nəfər təşkil edir. Yəni ölkə əhalisinin isə 1,3 faizi ermənilərdən ibarətdir.

Daha çox Bakı və Bakıətrafı ərazilərdə yaşamalarını nəzərə alaraq bu yerlərdəki bir neçə erməni ilə söhbətləşib, onların yaşayış tərzi, Azərbaycanda qalma səbəbləri və digər bu kimi məsələlərlə maraqlandıq.

“Mən istəyirəm ki, Ermənistan sülhə imkan versin”

Həmsöhbətimiz Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yaşayan erməni millətindən olan Janettadır. Artrit xəstəliyindən əziyyət çəkdiyindən əsa ilə yeriyir. Hər il sanatoriyada müalicə olunduğunu deyən Janetta bizi görən andan dönə-dönə hamıdan razı olduğunu söyləyir. Elə erməni qadının qonşuları da onun haqqında ağızdolusu danışır, Janettanın çox istiqanlı, hamıya qarşı açıqürəkli olması ilə diqqət çəkdiyini bildirirlər. Evində bizi Janettanın qaynı və kürəkəni qarşılayır.

Dəbdəbədən …read more

From:: ANS