Poroşenkonun Rusiyadan istəyi

Ukrayna prezidenti Petro Poroşenko yenidən ölkənin cənub-şərqində baş verən qarşıdurmada Rusiyanı ittiham edib.

ANS PRESS-in məlumatına görə, Avstraliya baş naziri Toni Ebbotla birgə mətbuat konfransı zamanı Poroşenko “Xahiş edirəm atəşi dayandırın, xahiş edirəm girovları azad edin, xahiş edirəm mənim ərazimdən ordunu çıxarın”- dedi.

Bundan əlavə Poroşenko Rusiyadan sərhədləri bağlamağı da xahiş edib.

“Xahiş edirəm sərhəddi bağlayın. Mən söz verirəm, siz sərhədləri bağlasaz bu bir-iki həftə ərzində Ukraynaya stabillik və sülh gətirəcək”- deyə Poroşenko bildirib.

Lakin iki lider təkcə sülhdən söhbət etməyiblər. Prezidentin saytında qeyd edilib ki, Avstraliya baş-naziri Ukrayna ordusuna 2 milyonluq kömək edəcəyini söz verib.

Poroşenko öz növbəsində Beynəlxalq Valyuta Fondu vasitəsilə Avstraliyanın 100 milyonluq maliyyə yardımı və orduya verilən dəstəyə görə Avstraliyalı nazirə minnətdarlığını bildirib. …read more

From:: ANS