Leyla Əliyeva və Emin Ağalarov yaxtada (FOTO)

Azərbaycan prezidentinin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva sosial şəbəkədə yeni fotosunu paylaşıb.

ANS PRESS-in məlumatına görə, həmin foto da Leyla Əliyeva həyat yoldaşı bəstəkar- müğənni Emin Ağalarovla yer alıb. Fotoda cütlük dənizdə yaxtada görünürlər.

Sosial şəbəkədə paylaşılan foto yeni olmasa da, böyük marağa səbəb olub. Onların bir necə il öncə çəkildiyi ehtimal edilən fotosunu minlərlə izləyici paylaşıb.

Qeyd edək ki, Azərbaycanın dövlət başçısının qızı Leyla Əliyeva və iş adamı Araz Ağalarovun oğlu, müğənni, bəstəkar, iş adamı Emin Ağalarov 2006-cı il aprel ayının 30-da ailə qurub. Cütlüyün Əli və Mikayıl adında əkiz övladı var. Bu il əkizlərin 6 yaşı tamam olub.

ANS PRESS böyük marağa səbəb olan fotonu təqdim edir.

…read more

From:: ANS