Azərbaycanda dəhşət: 5 yaralı

Bu gün səhər saatlarında Lənkəran rayonunun Liman şəhərində güclü partlayış baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Rəsulzadə 167 ünvanında 1971-ci il təvəllüdlü İsmayıl Nağdalı oğlu Zərdiyeva məxsus yaşayış evində qeydə alınıb.

Partlayışdan sonra ev sahibi və üzvləri ağır xəsarətlər alıb.

Hadisə nəticəsindər ev sahibi, onun həyat yoldaşı 1973-cü il təvəllüdlü Elnarə Zərdiyeva, övladları 1997-ci il Aysel, 1999-cu il təvəllüdlü Kənan və 2003-cü il təvəllüdlü Nərmin ağır yaralanıblar. Yaralılar Lənkəran Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların beşinin də vəziyyəti ağır qiymətləndirilir.

Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal olunur. Partlayış baş verən ev dağılıb.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS