Ukraynada tutulan azərbaycanlı danışdı (VİDEO)

Bir neçə gün öncə Ukraynanın Donetsk vilayətində separatçılar tərəfdə döyüşərkn tutulan azərbaycanlının videosu yayılıb.

ANS PRESS-in məlumatına görə, onun adı Elvin Seyidovdur. Elvin Donbasda Rusiya pasportu üçün vuruşduğunu etiraf edib. O, öncə Dağıstana, sonra Rostova, oradan isə Donetskə gəldiyini deyib.

Onun sözlərinə görə, pasport alacağı barədə həmkəndlisi olan Qəni adlı şəxs ona söz verib. Pulu isə əvəll bir aydan, sonra isə həftədə bir dəfə veriləcəyi deyilib. Pulun məbləği isə 1250 qrivni olmalı idi.

Prokurorluğun açıqlamasında bilidirilir ki, 39 yaşlı əcnəbi xüsusi hərbi təlim keçib. Bundan sonra o, Donetskdə “Oplot” terrorçu qruplaşmanın üzvü kimi döyüşlərdə iştirak edib.

…read more

From:: ANS