Şok iddia! Yüzlərlə kürd İŞİD-ə qoşuldu

Beynəlxalq koalisiyalar, hərbi müdaxilələr və müxtəlif cür mübarizə üsulları insanların İŞİD terror qruplaşmasına qatılmasının qarşısını ala bilmir. Şimali İraqda İŞİD-in ən böyük qənimlərindən hesab olunan kürdlərin bu qruplaşmaya qoşulması isə təəccüblə qarşılanıb.

ANS PRESS-in məlumatına görə, İraqda Kirmanşah, Ciwanro və Səlasi Bawacan şəhərlərindən olan 110 kürd İŞİD sıralarına qatılıb.

Bu barədə “Rûdaw” portalına yerli hərəkatçılardan Muxtar Xoşmənd məlumat verib. Yerli sələfi və radikal islamçı qruplaşmaları araşdıran Xoşmənd indiyə qədər 20-yə yaxın kürdün İŞİD sıralarında öldüyünü, təxminən 30 nəfərin də yaralandığını qeyd edib. Xoşmənd ötən ay 2 kürd qadının da İŞİD sıralarına qatıldığını bildirib. …read more

From:: ANS