Deniz Seki gərçəklə üzləşə bilmədi

Türkiyənin tanınmış müğənnisi, narkotik istifadəsi və təminatçısı olmaq ittihamı ilə həbsdə olan Deniz Seki müğənni Bayhanın ziyarət tələbini qəbul etməyib.

ANS PRESS-in məlumatına görə, 11 il əvvəl keçirilən “Popstar” müsabiqəsində Bayhanla Deniz Seki arasında gərginlik baş vermişdi. Belə ki, Bayhan müsabiqədə uğurlu çıxış etsə də münsiflər heyətinin üzvü olan Deniz Seki onun daha əvvəl həbsdə olmasını kəskin tənqid etmişdi.

“Bir popstarda olması labüd olan meyarları bilirik. Amma əsla olmaması lazım olan bir şey var. Bir popstar cinayət işləyə bilməz. Həbsə düşən adamdan müğənni olmaz. Belələrini cəmiyyətdən təcrid etməliyik” – deyə Deniz Seki vurğulamışdı.

Qeyd edək ki, bir neçə gün əvvəl Bayhan Deniz Sekini həbsxanada ziyarət edəcəyini, ona sözü olduğunu demişdi.

“Od düşdüyü yeri yandırar. Həbsxanaya düşən hər kəs özü ilə üzləşir. Vaxtı çatanda onu ziyarət edəcəyəm. Deniz Sekiyə sözüm var”.

Bayhan bütün hallarda Deniz Sekiye dəstəyini nümayiş etdirir. Məlumata görə, Bayhan çıxış etdiyi gecə klubunun divarına, “Deniz Sekiye azadlıq” yazıb.

…read more

From:: ANS