Bakıdakı həyəcanlı anların görüntüləri (VİDEO)

Bu gün paytaxtın mərkəzində həyəcanlı anlar yaşanıb. 6 nəfər tikilməkdə olan çoxmərtəbəli binanın damına çıxaraq canına qıyacaqlarını bildiriblər. Onların tikintinin fəhlələri olduqları üzə çıxıb. Bəs bu addımı atmalarına səbəb nədir?

ANS TV-nin məlumatına görə, paytaxt yenidən intihara cəhd qeydə alınıb. Amma bu dəfə fərqli şəkildə. Fərq inithar edənlərin sayının çox və məkanın yaşayış binasının olmasıdır. Yasamal rayonu, Süleyman Tağızadə küçəsində inşası davam edən 12 mərtəbəli binaya çıxan 5-6 nəfərin inthar etmək istəyi barədə yayılan məlumat aləmi bir-birinə vurub. Hadisə yerinə rayon polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edib.

Ərazi xüsusi nəzarətə götürüldükdən sonra, həmin şəsxlərə danışıqlara və onların xilasedilməsi əməliyyatına başlanılıb. Məlum olub ki, inithara cəhd edən 6 nəfər həmin binada fəhləlik edən şəxslərdir. Aparılan psixoloji danışıqlardan sonra xilasedicilər həmin şəxsi bu fikirdən daşındıra bildilər.

Məlum olub ki, həmin şəxslər Məmmədov Ceyhun Fehruz oğlu, onun qardaşı Sərxan Məmmədov, Bağırov Şamxal Məhərrəm oğlu, onun qardaşı Vüqar Bağırov, Əliyev Aqil İbrahim oğlu və Salahov Həsrət Mustafa oğludur. Daha sonra onlar izahatlarının alınması üçün Yasamal Rayon Polis Idarəsinin 26-ci polis bölməsinə aparıldılar.

…read more

From:: ANS