SSRİ-nin ikinci adamı (VİDEO)

Heydər Əliyevin anım günü ərəfəsində Fəxri Xiyabana məzarını ziyarət etmək istəyənlərin böyük axını başlayıb. ANS isə anım günü ərəfəsində Heydər Əliyevin ömür kitabını təqdim etməkdə davam edir. Əməkdaşımız bu gün Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişindən sonra başlayan təxminən 20 ilik bir dövr barədə danışacaq.

1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycan Sov. KP MK-nın birinci katibi seçilir. Hakimiyyət zirvəsinə yüksəliş yaxın 20 il ərzində öz pik həddinə çatacaq. Sonra eniş, sonra təkrar bir də yüksəliş. Bütün bu illər ərzində Azərbaycanın yüksəlişi də əsas hədəflərdəndir. Çünki, Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildə Azərbaycanın buna daha çox ehtiyac vardı.

Heydər Əliyevin ən yaxın silahdaşlarından olan Fəttah Heydərov xatırlayır ki, o illərdə Azərbaycanın iqtisadi vəziyyəti olduqca kritik idi.

“Müəlimlər o zaman çörəyi növbə ilə alırdı. Belə ki, Azərbaycanda vəziyyət yaxşı deyildi. Heydər Əliyev belə bir vaxtda hakimiyyətə gəldi. İctimai siyasi və mənəvi sahədə bir dönüş yarandı. İlk dəfə iyun plenumu keçirtdi və məsələləri çox sərt qoydu”.

Heydər Əliyev ancaq kadr islahatları ilə diqqəti çəkmir. İslahatlar kənd təsərürfatından tutmuş mədəniyyətə qədər bütün sahələri əhatə edir. Bunun sübutu olan çoxlu fotolar keçmiş DTK əməkdaşı Bəxtiyar Süleymanlının şəxsi arxivində var. Hansı ki, müxtəlif tədbirlərdə çəkilib. Məsələn, şəkillərdən biri Ağdam Xankəndi dəmir yolu xəttinin açılışı zamanı lentə alınıb. Bəxtiyar Süleymanlı deyir ki, ermənilərin o illərdə ən böyük bəhanəsi yüklərin daşınmasındakı çətinliklərlə bağlı idi ki, Heydər Əliyev belə bəhanələrin qarşısını məharətlə ala bilirdi.

“10 mindən çox zəhmət adamları gəlmişdi. Heydər Əliyev onlara dedi ki, siz bundan sonra bütün malları qapınızda alacaqsız. Horadizdən yük daşımayacaqsız. Heydər Əliyev Şuşaya getmək istəyirdi. Az qaldı onun maşınına çiyinlərində aparsınlar”.

Onu Moskvaya – Mərkəzi Komityə də elə beləcə az qala çiyinləri üstündə aparırlar. Sovet rəhbərlərinin siyahısında Heydər Əliyevin adı və soyadı Andropovdan sonra ikinci yerdə gəlirdi. Sadəcə əlifba sırasına görə. Amma bir azərbaycanlı olaraq hamımız onu SSRİ hakimiyyətində məhz ikinci şəxs sayır və onunla qurur duyurduq.

Heydər Əliyevin yaxın …read more

From:: ANS