Bakının bu sakinləri gördüklərinə inanmadı (VİDEO)

Paytaxtın bir məhəlləsi var ki, orda da nələrin baş verdiyini eşitsəniz, sakinlərə səbr diləməkdən başqa çıxış yolu qalmayacağını düşünəcəksiniz. Təsəvvür edin qaz kranını açırsız və ordan su axır. Bu mənzərəyə paytaxtda bir neçə mənzildə rast gəlinib.

ANS TV-nin məluamtaın görə, Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsində yaşayan qonşular bu gün sürprizlə qarşılaşıblar. Qazı açanda isə gözlərinə inanmayıblar. Qaz yerinə su axıb. Camalovlar ailəsi deyir ki, bu halla birinci dəfədir ki, qarşılaşırlar. Dəfələrlə qazı açıb yenidən bağlasalar da yenə eyni vəziyyətlə üzləşiblər. Vəziyyətin belə olduğunu görən qonşular müvafiq qurumlara müraciət ediblər.

“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları da ərazidə araşdırma aparırdılar. İşçilər hər bir qonşunun evinə gələrək qaz sayğaclarını açıb içərisindəki suyu boşaldırdılar.

“Aldığımız məlumata görə, dünən və ondan öncəki gün bu ünvanda su olmayıb. Su təsərrüfartı burada iş görübdür. Gecə suyu buraxandan sonra bu problem yaranıb. Problem də bu günləri həll olunacaq” – deyə “Azəriqaz” İB-nin əməkdaşı Şakir Abdullayev bildirdi.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayi dedi ki, qonşulardan biri qızdırıcı quraşdırıb. Bu zaman isə su xəttilə, qaz xətti dəyişik salınıb. Qaz xətti, su xəttinə birləşdirilib. İdarədən onu da dedilər ki, problem bu gün axşam saatlarına qədər həll olunub qurtaracaq.

…read more

From:: ANS