Qarsda Bəyanat imzalandı

Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri bu gün keçirdikləri dördüncü üçtərəfli görüşlə bağlı Qars Bəyanatı imzalayıblar.

Nazirlər bəyanatda ölkələr arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişafının regionda sabitliyin güclənməsi, hər üç ölkənin rifahının yüksəlməsi, regional layihələr və investisiyalar üçün daha əlverişli mühitin yaradılması, xalqlararası münasibətlərin inkişafı kimi ümumi məqsədlərə xidmət etdiyini vurğulayıblar.

Sənəddə 8 iyun 2012-ci ildə imzalanmış Trabzon Deklarasiyası, 28 mart 2013-cü il tarixli Batumi birgə Kommunikesi, 19 fevral 2014-cü il tarixli Gəncə Bəyanatı ilə əsası qoyulmuş üçtərəfli regional əməkdaşlığın əhəmiyyəti vurğulanıb, eləcə də bu əməkdaşlıq mexanizmlərinin, siyasi dialoq və üçtərəfli səciyyəvi layihələrin icra edilməsində effektli vasitə kimi öz əksini tapdığı qeyd olunub.

Nazirlər ölkələr arasında iki və üçtərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər. Onlar bir daha strateji tərəfdaşlığa, mehriban qonşuluq, qarşılıqlı hörmət və üç ölkə arasında inama söykənən əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi istiqamətində qəti öhdəliklərini təsdiq ediblər.

Nazirlər həll edilməmiş münaqişələrin regionda sülhü, sabitliyi və iqtisadi inkişafı sarsıtdığını, buna görə də suverenliyə və beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində ərazi bütövlüyünə əsaslanan təcili həllə ehtiyac olduğunu vurğulayıblar.

Onlar regiondakı son vəziyyət haqqında fikir mübadiləsi aparıb, ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini təkrarlayıb və bu istiqamətdə Azərbaycanın Dağlıq Qarabağ regionunda və ətraf rayonlarında, Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya regionlarında münaqişələrin beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığına əsaslanan təcili nizamlanması barədə çağırışlarını yeniləyiblər.

Nazirlər həmçinin əməkdaşlığın inkişafı və birgə fəaliyyətdə yeni imkanların qazanılması istiqamətində ortaq marağa uyğun regional və qlobal əhəmiyyətli üçtərəfli müntəzəm konsultasiyaların keçirilməsi barədə öhdəliklərini yenidən təsdiqləyiblər.

Nazirlər üçtərəfli görüşlərin çərçivəsinin genişlənməsindən məmnunluq ifadə edib, xüsusilə də üç tərəfli əməkdaşlığı ən yüksək siyasi səviyyəyə qaldıran və bundan sonrakı üçtərəfli görüşlərin inkişafı üçün güclü birgə öhdəliyi təsdiqləyən Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin 6 may, 2014-cü il tarixli Tiflis görüşünü alqışlayıblar.

Onlar həmçinin üç ölkənin …read more

From:: ANS