Hüquqlarını bilən sürücü polisləri susdurdu (VİDEO)

Ukraynada sürücü yol polisinə “hörməti» başa salıb. ANS PRESS-in məlumatına görə, bu videoda yol polislərinin sürücülərlə kobud davranışı əks olunub. Ancaq videodakı sürücü heç də hər sürücü kimi hüququnu bilməyən biri kimi susmayıb.

Sürücü, onu saxlayan inspektorla danışarkən kənardan müdaxilə edən, “Maşından tullan» kimi ifadələr işlədən, sürücünün saxlanılmasını tələb edən, ancaq səbəbini özü də bilməyən xüsusi təyinatlı patrul xidmətinin digər işçisinə yol polisinin sürücülərlə bu cür kobud davranmaqda haqqının olmadığını başa salıb.

Yeri gəlmişkən, bu sürücünün bundan əvvəl də bir videosunu yaymışdıq. Həmin videoda isə sürücü yol polislərinin onu nədən saxladığını soruşarkən paqonlular aciz qalıb susmuşdular. Buna görə də sürücü yerindəcə onlardan şikayət ərizəsi yazıb prokurorluğu vermişdi.

Bu dəfə də öz hüquq və vəzifələrini bilən və ona qarşı kobud davranılmasını qəbul etməyən sürücü yol polisinə hörmət etməyin nə demək olduğunu başa sala bilib.

Həmin videonu təqdim etməkdə məqsədimiz odur ki, Azərbaycanda bəzi sürücülər bundan dərs götürsün. Çünki bizim sürücülər nədənsə yol polisinə kəllə atıb təhqir etməyə üstünlük verirlər. Amma hüquqlarını bilən, qanunlara hörmət edən sürücü hətta qanunu pozan yol polisini necə lazımdır başa salır. Gəlin, hüquq və vəzifələrimizi öyrənək ki, boş yerə yol polisini döymədən, üstünə benzin töküb yandırmadan sadəcə haqqımızı tələb edək. Elə bu videodakı sürücü kimi…

…read more

From:: ANS