Şok araşdırma: iki qara uniformalı Bakı-Ceyhanı necə partlatdı? (FOTO)

Bakı-Tiflis-Ceyhan (BTC) neft boru kəmərində 2008-ci ilin avqustunda baş vermiş və kəmərin işinin bir aydan çox dayanmasına səbəb olmuş güclü partlayışın olduqca sensasion detalları üzə çıxıb.

“Bloomberg” agentliyi bu gün – dekabrın 10-da kəmərin necə partladıldığına dair şok araşdırmanı yayıb.

Araşdırmada ABŞ kəşfiyyatındakı mənbələrdən və hadisəni araşdıran çoxtərəfli istintaq qrupundan əldə olunmuş faktlar əsasında kəmərin PKK tərəfindən partladıldığına dair indiyədək mövcud olan ehtimal alt-üst edilir.

Bakı-Tiflis-Ceyhan kəməri 2008-ci il, avqustun 5-də Türkiyənin Refah bölgəsində partladılıb. “Bloomberg” yazır ki, 1099 kilometrlik boru kəmərinin hər metrinə xüsusi vericilər və kameralar tərəfindən nəzarət edildiyi bir vaxtda baş vermiş partlayış zamanı heç bir həyəcan siqnalı ötürülməyib. Bu isə BTC-nin təhlükəsizliyinə nəzarət edən dispetçer mərkəzində anlaşılmazlıq yaradıb.

Məlum olub ki, partlayış zamanı verici və kameralardan siqnal daxil olmayıb. Türkiyə hökuməti bu partlayışa görə PKK kürd terror təşkilatını günahlandırıb.

Partlayış klaviatura arxasından idarə olunmuşdu…

Kürd separatçıları da BP şirkətinin idarə etdiyi kəmərdə partlayış törətdiklərini təsdiq ediblər. 7 il əvvəl Refah səmasını gündüz kimi işıqlandıran şiddətli partlayış haqda çoxları unudub. Lakin hamı yox.

Qərb xüsusi xidmət orqanları üçün BTC-də baş vermiş bu partlayış və kəmərdən neftin fontan vurması dönüş xarakterli hadisə idi. Məlum olmuşdu ki, hakerlər partlayışdan əvvəl qəza siqnallarını, rabitəni və kəmərdə qəza baş verərsə, yüksək təzyiqli neftin ətrafa axmasını dayandırmaq üçün avtomatik qəza klapanını tənzimləyən cihazın işini dayandırıblar.

Bu haqda BTC-dəki partlayışı araşdıran kəşfiyyat qrupundakı dörd mənbə danışıb. Araşdırma məxfi olduğu üçün mənbələr adlarının açıqlanmamasını xahiş edib.

“Refahda törədilmiş partlayış kompüter klaviaturası arxasından idarə olunmuşdu” – deyə mənbə bildirib.

Kibermüharibələr tarixini yenidən yazan hadisə

ABŞ-ın Rod-Aylend ştatının Nyuport şəhərində yerləşən Hərbi-Dəniz Kollecindən milli təhlükəsizlik üzrə professor Derej Reveron məsələni “Bloomberg”ə şərh edərkən deyib ki, bu fakt kibermüharibələr tarixini yenidən yazır.

Agentlik xatırladır ki, böyük dövlətlər son illər tez-tez bir-birinə qarşı kibermüharibələrdən istifadə edirlər. Məsələn, bu ilin avqustunda ABŞ-ın “JPMorgan Chase & Co.” Bankı serverlərinə güclü haker hücumlarının arxasında Rusiyanın dayandığını bildirmişdi.

Həmçinin İran hakerlərinin iri Qərb aviaşirkətlərinin …read more

From:: ANS