İŞİD özünü belə biabır etdi

İŞİD terror qruplaşması üzvləri üçün “Qul alışı ilə əlaqədar sual və cavablar” adı altında təlimat hazırlayıb.

ANS PRESS-in məlumatına görə, İŞİD üzvlərinə paylanan təlimatda əsir götürülən qadınlarla bağlı terror qruplaşmasının rəhbərinin tövsiyyələri əks olunub.

Kitabçada yalnız inancı olmayan qadınların seks köləsi olaraq istifadə oluna biləcəyi və kölə qadınlalar cinsi əlaqənin güya İslam dininin qaydalarına uyğun olduğu bildirilir.

Terror qruplaşmasının iç üzünü bir daha ifşa edən təlimatda deyilir ki, ələ keçirilən bakirə qızlarla dərhal cinsi əlaqəyə girilməlidir. Qadının bakirə olmaması vəziyyətində cinsi əlaqəyə girməzdən əvvəl bətninin təmizlənməsinin lazım olduğu da təlimatda əksini tapdığı iddia edilir.

ABŞ-ın Yaxın Şərq Media Araşdırmaları Mərkəzinin ələ keçirib internet saytında nümayiş etdirdiyi kitabçada İŞİD üzvlərinin kölə qadınların intizam məqsədiylə döyülə biləcəyi də əks olunub. …read more

From:: ANS