Klubumuzdan Çempionlar Liqasında qələbə

Qadın voleybolçular arasında Çempionlar Liqasının növbəti III turun görüşləri keçirilir. ANS PRESS-in məlumatına görə, “Azəryol” Rumıniya çempionu “Ştiinta”nı qəbul edib.

Azərbaycan Super Liqasının gümüş medalçısı quru hesablı qələbə qazanıb – 3:0. İlk setdə 27:25 hesablı çətin qələbə qazanan “Azəryol” növbəti seçdə rəqibinə heç bir şans verməyib – 25:10. Son setdə də komandamız qələbəyə sevinib – 25:23.

Bununla da aktivindəki xalların sayını 5-ə çatdıran “Azəryol” ikinci pilləyə yüksəlib.

Çempionlar Liqası
III tur, B qrupu
10 dekabr

Azəryol (Azərbaycan) – Şiitinta (Rumıniya) 3:0 (27:25; 25:10; 25:23)
Hakimlər: Mariya Fişer (Almaniya), Giorgio Qnani (İtaliya).
Bakı, Voleybol Mərkəzi. …read more

From:: ANS