Argentina Uruqvaya, Braziliya Kolumbiyaya qarşı

Cənubi Amerika ölkələrinin iştirakı ilə keçirilən “Copa America”nın püşkü atılıb.

ANS PRESS-in məlumatına görə, 12 komanda 4 qrupa bölünüb.

Turnirdə iştirak edən 12 komandadan 10-u Cənubi Amerikanı təmsil edir. Qalan iki komanda – Meksika və Yamayka KONKAKAF (Şimali, Mərkəzi Amerika və Karayib hövzəsi ölkələri) zonasından dəvət olunub.

“Copa America”nın startı 2015-ci ilin 11 iyununda veriləcək. Çilinin ev sahibliyi edəcəyi yarış iyulun 4-də başa çatacaq.

A Qrupunda Çili,Meksika,Ekvador və Boliviya, B Qrupunda Argentina,Uruqvay,Paraqvay və Yamayka C Qrupunda Braziliya,Kolumbiya,Peru və Venesuella mübarizə aparacaq. …read more

From:: ANS