Azərbaycanda sevilən aktrisaya yarım milyonluq yemək təklifi (FOTO)

Qızılı saçları ilə adını türk kino tariinə yadırmağı bacaran Məryəm Üzərliyə bahalı yemək
təklif edilib. ANS PRESS-in məlumatına görə, Yaxın Şərqdən olan bir ailə aktrisa ilə bir dəfə yemək üçün 500 min avro təklif edib. Məryəm isə “pulu Türkiyədəki uşaq dərnəklərinə bağışlasanız qəbul edərəm” deyə cavab verib. Onun təklifi qəbul edildiyi üçün yaxın günlərdə yemək baş tutmalıdır. Lakin ailənin kim olduğu açıqlanmır.

Hürrəm sultan kimi tanınan aktrisa “tükənmişlik” sindromu adı ilə səssiz-səmirsiz qaçdığı Türkiyəyə 1,5 il sonra geri dönüb. O, ötən gün keçirilən tədbirlərin birinə qatılıb. Tədbir keçirilən otelə yarım saat tez gəldiyi üçün jurnalistlərlə görüşüb. O, hətta üzünü gizlətdiyi qızının telefondakı fotosunu da göstərib. “100 milyon avro versələr də qızımı göstərmərəm. Lara çox safdır. Pul sadəcə bir kağız parçasıdır. Mən Laranı bu dünyadan qoruyacam”.

Aktrisa Türkiyədə məşhurlaşmadan öncə Berlində bir xəstəxanada işlədiyini deyib. Türkiyədən gedəndən sonra da yenidən həmin xəstəxanada işə başlayıb və 2017-ci ilə kimi müqavilə imzalayıb. Lakin yeni serial təklifi gələndən sonra müqaviləni ləğv etdirib.

…read more

From:: ANS