DİN yaxınlığında həyəcan

Bakının Səbail rayonunda iki nəfər hamını ayağa qaldırıb. ANS PRESS-in hadisə yerində olan müxbiri Ruslan Eldaroğlunun verdiyi məlumatına görə, hadisə Azərbaycan küçəsində, Daxili İşlər Naziriyinin binasına yaxın ərazidə qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyətləri məlum olmayan iki nəfər tikilən hündürmərtəbəli binaya çıxıblar. Onlar tikilməkdə olan 16 mərtəbəli binadan özlərini atmaq istədiklərini bildiriblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım həkimləri və xilasedicilər cəlb olunub.

Hazırda həmin şəxslərin xilas edilməsi istiqamətində işlər aparılır. …read more

From:: ANS