25 yaşlı kişi arvadının sevgilisini öldürdü (FOTO, TƏFƏRRÜAT)

Türkiyənin Kütahya vilayətində arvadının sevgilisini öldürən kişi yaxalanıb.

ANS PRESS-in məlumatına görə, saxlanılan şəxs məhkəməyə təhvil verilib.

Belə ki, 25 yaşlı Ali Bulut eyni yaşda olan arvadı A.B ilə 6 ay bundan əvvəl dalaşaraq ayrılıblar. Lakin onlar rəsmi şəkildə boşanmayıblar. Bir müddət sonra qadın 35 yaşlı Metin Kaya ilə tanış olub. Bu tanışlıq sonradan isti münasibətlərə keçib.

Bir müddət sonra A.B. ev kirayəyə götürüb. Qadınla Metin Kaya tez-tez görüşüblər. Sonradan A.B ərilə barışıb. Ərilə barışması isə Metin Kayanın xoşuna gəlməyib. O, qadına bildirib ki, ərilə barışsa onu öldürəcək.

Ötən gün axşam satlarında qadın ərini kirayə tutduğu evə çağırıb. Onlar evdə olarkən qadının sevgilisi Metin Kaya ora gəlib. Metin Kaya ilə Ali Bulut dalaşıblar. Bu zaman qadın polis çağırıb və Metin Kayanı oradan uzaqlaşdırıblar.

Həmin gün gecə saatlarında Metin Kaya təkrar həmin evə gəlib. O, özü ilə nərdivan götürüb və ikinci mərtəbəyə çıxıb. Oradan da eyvandan düşüb. Eyvandan isə evə girib.

İçəri girdikdən sonra Metin Kaya sevgilisi A.B.-ni öldürmək istəyib. Bu zaman Ali Bulut Metin Kayaya bir neçə bıçaq zərbəsi vurub.

Səs-küyə qonşular polis çağırıblar. Polis gələnə qədər Ali Bulut eyvandan Metinin qoyduğu nərdivanla düşüb.

Metin Kaya aldığı bıçaq zərbəsindən ölüb. Qadın ilk öncə Metin Kayanı özü öldürdüyünü desə də, sonradan hadisənin əsil səbəbkarı məlum olub. Polis Alu Bulutu həbs edib.

…read more

From:: ANS