Bakıda qorxulu anlar yaşandı (YENİLƏNİB)

Bakıda intihara cəhd edən şəxslər xilas edilib.

Bunu ANS PRESS-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Musayev bildirib.

Onun sözlərinə görə, binanın inşasını həyata keçirən şirkətin rəhbərliyi fəhlələrə əmək haqlarını ödəyib. Bununla da intihara cəhd etmək istəyən şəxslər bu fikirlərindən daşınıblar.

İntihara cəhd edən şəxslər bunlardır: Məmmədov Ceyhun Fehruz oğlu (27 yaş), onun qardaşı, Sərxan Məmmədov (26 yaş), Bağırov Şamxal Məhərrəm oğlu (26 yaş), onun qardaşı Vüqar Bağırov (29 yaş), Əliyev Aqil İbrahim oğlu (28 yaş) və Salahov Həsrət Mustafa oğludur (19 yaş).

Onlar Yasamal Rayon Polis İdarəsin aparılıblar.

…18:17…

Bakıda bir neçə nəfər yarımtikili binanın damına çıxaraq intihar etmək istəyir.

ANS PRESS-in hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisə Azərbaycan prospekti 1-də tikintisi başa çatmayan 15 mərtəbəli binada baş verir.

Daxili İşlər Nazirliyinin yanında yerləşən binanın damına çıxan 5-6 nəfər şəxs intihar edəcəyini bildirir.

Məlum olub ki, intihar etmək istəyənlər həmin binada çalışan fəhlələrdir.Onlar əmək haqlarını ala bilmədiyindən intihar etmək istəyirlər.

Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. FHN əməkdaşları intihara cəhd edəcəyini deyən şəxslərlə danışıqlar aparır. …read more

From:: ANS