DİN Bərdədəki böyük əməliyyatla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bərdədə keçirilən əməliyyatla bağlı məlumat yaydı.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində Bərdə rayonunda növbəti əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Nazirliyin xüsusi təyinatlı polis qüvvələri cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Rayon Polis Şöbəsi əməkdaşlarının dünən və bu gün həyata keçirdikləri tədbirlərlə 7 Bərdə sakini saxlanılıb. Onların 5-i əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.

Həmin şəxslərin üzərilərinə baxış zamanı 1 tapança, 5 qumbara, müxtəlif çaplı 145 ədəd patron, 1 ov tüfəngi və 1 kiloqrama yaxın ağır növ narkotik vasitələr aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. …read more

From:: ANS