Balaxanı zibilliyi tarix olur (VİDEO)

Vaxtilə ad qazanan Balaxanı zibilliyi indi artıq yavaş-yavaş azalır. ArtIq tullantılar, zibillər Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənir. Burda nələr aşkarlanmır ki, puldan qızıldan tutmuş, hətta antik əşyalara kimi rast gəlmək olar.

ANS TV-nin məlumatına görə, artıq iki ildir fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda məişət tullantılarının tərkibindən təkrar emal üçün yararlı sayıla biləcək dəmir, şüşə, kağız, plastik hissələr seçilərək çeşidlənir və uyğun təkrar emal zavodlarına göndərilir. Gün ərzində bura şəhərin müxtəlif hissələrində 350-380 ton məişət tullantısı daşınır.

Müdir müavini Arif Kərimov deyir ki, Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda ilk olaraq avtomobillər elektron tərəziyə daxil olur və burada çəkilir.

Tərəzidən sonra bura maşınlar zibil qəbul şöbəsinə gətirir və texnikanın, eləcə də işçilərin köməkliyi ilə texnologi qurğulara doldurulur zibilin ilk çeşikdlənməsi də burada həyata keçirilir.

Ölçüsü böyük tullantılar burada ayrılır, digərləri qurğu vasitəsilə yuxarı birinci kabinaya qaldırılır. Burada işçilər zibili iri hissələrdən ayırır. Sonra tullantılar ələk hissəyə daxil olur və burada 8 mm ölçüyə qədər olan şüşə parçaları, torpaq daş qırıntılarından ayrılır. Sonra maqnitayırıcı mexanizmdən keçən tullantılardan dəmir metal parçaları ayrılır və qalanı ikinci kabinaya daxil olur. Burada artıq zibil növlərə ayrılır. Konveyerlər arxasındakı xüsusi geyimli işçilər əsas çeşidləmə işini həyata keçirirlər.

Zavodda çeşidlənmiş məişət tullantıları mövcud olan ərazidə toplanır və bundan sonra preslənərək aidiyyat üzrə təhvil verilir. Çeşidlənmədən sonra yararsız olan tullantılardan enerji istehsal edilir.

“O tullantılar ki, yararsız olur, çeşidlənməyə onlar göndərilir Bərk Məişət Tullantılarınını Yandırılması Zavoduna oradan enerji istehsal edilir. Çox az hissəsi yararsız olur ki, o da basdırılır” – deyə müdir müavini Arif Kərimov bildiridi.

Zavodda tullantıların içindən tapılan əşyalar da olur. Əşyaların böyük bir hissəsi zavodda yaradılmış muzeydə saxlanılır. Tapıntılar arasında bəzən vacib sənədlər, silah hissələri və ya pul olur. Yığılan bu tip əşyalar aidiyyatı qurumlara təhvil verilir. Toplanan pul isə xeyriyyə məqsədilə istifadə olunur.

“Son beş ay ərzində 65 kq qəpik yığılıb. Yığılan qəpik pulları banka verib əvəzində kağız pul alacağıq. …read more

From:: ANS