Bakıda yatan 76 yaşlı kişi aləmi qatdı (VİDEO)

Ötən gecə Bakının Səbail rayonunda 76 yaşlı kişinin bağlı qapı arxasında qalması ilə bağlı hüquq-mühafizə orqanlarına məluat daxil olub. ANS TV-nin məlumatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev küçəsi ev 2, mənzil 1-də baş verib. Bu barədə polislərə məlumat verən ev sahibi 1938-ci il təvəllüdlü Məmmədov Fazil Əfraim oğlunun nəvəsi babasının dəfələrlə edilən telefon zənglərinə və qapını döymələrinə cavab vermədiyini bildirib. Bundan sonra əraziyə cəlb edilən polislər bu xilasetmə işlərinin aparılması üçün FHN-əməlumat veriblər.

Qısa zamanda göstərilən ünvana FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib. Xilsedicilər ikinci mərtəbədə yerləşən evə pəncərdən daxil olaraq mənzilin qapısını aça bildilər. Mənzildə araşdırma aparılan zaman isə 76 yaşlı kişinin sağlam olduğu və onun yatması səbəbindən zənglərə cavab vermədiyini məlum olub.

Fazil Məmmədov mətbəxtdəki divanda yuxuya getdiyindən qapı zənglərini eşitmədiyini bildirib. Ev sahibi səhhətində hər hansı bir problemin olmadığını bildirib. Müvafiq qeydiyyat işləri aparılandan sonra isə xilasedicilər mənzili tərk ediblər.

…read more

From:: ANS