ANS-in 23 yaşı tamam olur

Bu gün hamımız üçün adiləşən “Müstəqil Azərbaycan” kəlməsi bir vaxtlar həmvətənlərimizin sadəcə ən ümdə arzusu idi. Bu gün isə “Müstəqil Azərbaycan” kəlməsilə yanaşı leksikonumuza “müstəqil” ifadəsilə bağlı bir çox məhsullar daxil olub. Müstəqil qəzet, müstəqil media və ən əsası ilk müstəqil telekanal olan ANS. Bu gün nəinki müstəqil Azərbaycanda, eləcə də, keçmiş Sovet məkanında ilk müstəqil telekanal olan ANS 23 yaşını qeyd edir. Təbii ki, 23 il bundan əvvəl müstəqil Azərbaycan yaranmasaydı, ANS də olmayacaqdı. Ancaq ANS yarandığı gündən müstəqil Azərbaycanın dövlət quruculuğuna xidmət edib və həmişə ona sadiq qalıb.

Əslində ANS yarandığı dövrdə ölkədə keçmiş SSRİ-nin abu-havası hələ də hiss olunurdu. Məhz bu dövrdə 1991-ci ildə 3 nəfər gənc jurnalist-Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən yaradılan ANS xalqa qərəzsiz, vicdanlı informasiya verdi. Və bununla da xalqın nüfuzunu qazandı. Onlar Bakı şəhərində dərc olunan “Azərbaycan” qəzetində işləyəndə tanış olmuşdular. Yeri gəlmişkən, bu mətbu orqanı ölkəmizdə dərc olunan ilk müstəqil qəzet idi. Hər üç gənc televiziya jurnalistikasına böyük əhəmiyyət verirdilər. Onların ən böyük arzusu televiziyanın və radionun daxil olacağı müstəqil media qrupu yaratmaq idi.

Televiziya kimi onların ilk reportajları cəbhə xəttində baş verən hadisələrdən bəhs edirdi. ANS-in müxbirləri Qarabağdan, Çeçenistandan, İnquşetiyadan, Gürcüstandan – Osetiyadan, Abxaziyadan, Əfqanıstandan və s. münaqişə zonalarından reportajlar hazırlayırdılar. ANS yarandığı ilk vaxtlardan BBC, CNN, CBS, NBC, NHK, ZDF, RAI kimi dünyanın nüfuzlu kanallarını reportajlarla təmin edirdi. ANS kanalının adı gələn zaman, yaddaşlara ən əvvəl Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Qarabağ müharibəsi zamanı cəbhə xəttində apardığı çəkilişlər və qəhrəman telejurnalistin Xocalı faciəsi zamanı çəkdiyi tarixi kadrlar yada düşür. Bu gün Çingizin bizim aramızda olmamasına baxmayaraq, onun çəkdiyi kadrlar CNN kimi nüfuzlu kanallarda indi də nümayiş olunur. Məhs o kadrların sayəsində Azərbaycan ermənilərin törətdiyi vəhşilikləri dünyaya nümayiş etdirir.

1994-cü ildə, artıq iki illik qanuni fəaliyyətdən sonra kompaniyanın işçi heyəti 30 nəfərə çatmışdı. 1994-cü ildə ANS televiziyası ilə AZTV arasında qalmaqal …read more

From:: ANS