Nazirlərin görüşü başladı (FOTO, VİDEO)

Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşüb başlayıb.

ANS PRESS-in məlumatına görə, Qarsda baç tutan görüş sayca dördüncüdür. Görüşdə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstan xarici işlər naziri Tamar Beruçaşvili bir araya gəlib.

Toplantıdan əvvəl Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu və Gürcüstan xarici işlər naziri Tamar Beruçaşvili arasında ikitərəfli görüş baş tutub.

Üçtərəfli iclasında iştirakı çərçivəsində nazir Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb. Görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlığa və dostluğa əsaslanan strateji münasibətlərin inkişafının səviyyəsindən məmnunluq ifadə olunub.

Üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və çiçəklənməyə töhfə verdiyi xüsusilə vurğulanıb.
Tərəflər Trans-Anadolu təbii qaz boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini geyd ediblər.Görüşdə, həmçinin regionda və dünyada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov Qars şəhərində yerləşən Heydər Əliyev parkını ziyarət edib, umummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib və abidəsi önünə əklil qoyub. E.Məmmədyarov Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası xarici işlər nazirlərinin 10 dekabr tarixində keçirilən üçtərəfli iclasında iştirak etmək məqsədilə Qarsa səfər edib.

Türkiye-Azerbaycan-Gürcistan Dışişleri… by haberler

…read more

From:: ANS