Azərbaycanlı Avropanın ən xarizmatik kişisi seçildi (FOTO,VİDEO)

“ADDIM Gənclər Təşkilatı”nın dəstəyi ilə Azərbaycan Bolqarıstanın Varna şəhərində gerçəkləşən 24-cü “Discovery İnternational Pop Music” festivalında təmsil olunub.

Təşkilatın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu il də təmsilçimiz mükafatla geri qayıdıb.

Ölkəmizi Discovery İnternational Pop Festivalda təmsil edən gənc müğənni Tofiq Hacıyev “Ən yaxşı kişi səsi” və “Ən xariztmatik artist” nominasiyasında qalib olub.

Festival çərçivəsində təmsilçimiz sözləri və musiqisi özünə aid olan “İ and you” mahnısını uğurla ifa edib. Müğənninin canlı ifası avropalı prodüserlerin marağına səbəb olub. Ona Avropada müxtəlif birgə layihələr və əməkdaşlıqla bağlı təkliflər də olub.

Beləki uğurlu nəticənin ardınca gənc müğənniyə İngiltərə, Makedoniya, Almaniya və s ölkələrdə keçirilən beynəlxalq layihələrdə iştirak etmək təklifi gəlib.

Qeyd edək ki, Milli Eurovision turlarında “Mr Totu” ləqəbi ilə çıxış edən Tofiq Hacıyev Azərbaycan Dövlət Mədəniyyət Universitetinin məzunu və “Addım Gənclər Təşkilatı”nın üzvüdür.

…read more

From:: ANS