FHN rəsmi məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Bakıda yanan hündürmərtəbəli bina ilə bağlı məlumat yayıb.

ANS PRESS-in nazirliyə istinadla verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyati qurumlar məlumatlandırılıb.

Yanğının söndürülməsi davam edir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Bakıda hündürmərtəbəli binada yanğın başlayıb. ANS PRESS-in məlumatına görə, Binəqədi rayonu ərazisində baş verən hadisə nəticəsində binanın fasadı alışıb. …read more

From:: ANS