Çoxsayda xəsarət alan var (FOTO)

Paytaxtın Binəqədi rayonu, “Azadlıq” prospekti 189 ünvanda yerləşən 16 mərtəbli binada baş verən yanğın zamanı müxtəlif dərəcəli xəsarət alanların sayı həddindən artıq çoxdur. Hazırda hadisə yerində təcili yardımın 30 briqadası işləyir.

Bu barədə ANS PRESS-ə Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.

Məlumat verilib ki, müraciətlə həddindən artıq çox olduğundan çatdırmaq mümkün olmur. Hazırda təcili tibbi yardım maşınları ilə onlarla insan xəstəxanalara çatdırılırlar. Müraciət edənlərin çoxu tüstüdən zəhərlənmə ilə bağlıdır.

Hazırda çox sayda yanğınsöndürən və xilasedici dəstələr hadisə yerində çalışır, insanlar təxliyyə olunurlar.

Səhiyyə Nazirliyindən bildirilib ki, yanğın nəticəsində hazırda biri azyaşlı olmaqla 2 nəfər ölüb, 15 yaralı isə qeydiyyata alınıb.

…read more

From:: ANS