“Çelsi” darmadağın oldu (VİDEO)

İngiltərə Premyer Liqasında 37-ci tura yekun vurulub.

ANS PRESS-in məlumatına görə, son oyun günündə bir qarşılaşma keçirilib.

Çempionluğunu rəsmiləşdirən “Çelsi” səfərdə “Vest Bromviç”in qonağı olub.

Matçın 29-cu dəqiqəsində Fabreqasın meydandan qovulmasından sonra 10 nəfərlə qalan London təmsilçisi rəqibinə 0:3 hesabı ilə məğlub olub.

Oyunun nəticələrinə əsasən, “Vest Bromviç” xalını 44-ə yüksəltdiyi halda, londonlular 84 xalda qalıb.

18 may
İngiltərə Premyer Liqası, 37-ci tur:

“Vest Bromviç” – “Çelsi” – 3:0
Qollar: Berahino, 9 (1:0), 47-pen (2:0), Brant, 60 (3:0)
Qırmızı vərəqə: Sesk Fabreqas, 29 (“Çelsi”)
…read more

From:: ANS