Sürüşmədə ölənlərin sayı artır

Kolumbiyada baş verən sürüşmədə ölənlərin sayı artır.

ANS PRESS-in məlumatına görə, Kolumbiyanın şimal-qərbindəki Antokiya departamentində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb, onlarla insan isə xəsarət alıb.

Davam edən intensiv yağışlar nəticəsində baş vermiş torpaq sürüşməsinə Santa Marqarita kəndi məruz qalıb.

Hadisə yerinə gedən ölkə prezidenti Xuan Manuel Santos zərərçəkən ailələrə baş çəkib, onlara əllərindən gələn köməyi edəcəklərini, evlərinin bərpasına çalışacaqlarını bildirib.

Təbii fəlakət zamanı bir çox ev uçub. Hadisə yerinə xilasedicilər cəlb olunub.

Hələlik təbii fəlakətin miqyası tam müəyyənləşməyib. …read more

From:: ANS