Əhməd Ağayevin anım günüdür

Bu gün Azərbaycanın tanınmış yazıçı, jurnalist, siyasətçi, pedaqoq, filosof və s. bu kimi sahələrdə özünü inkişaf etdirmiş Əhməd bəy Ağaoğlunun vəfatından 76 il ötür. Hələ Sankt-Peterburqda təhsil aldığı dövrlərdə dostları Əlimərdan bəy Topçubaşov və Əli bəy Hüseynzadə ilə birlikdə Azərbaycan və Türkiyədə müasirləşmə və millətçilik fikirlərinin oyanmasında böyük işlər görmüş Əhməd bəy Ağaoğlu təəssüf ki, sovet dövründə məqsədli olaraq unutdurulub və bu gün kifayət qədər tanınmır.

Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqov bu mühim şəxsiyyət barədə həqiqətləri ANS PRESS oxucularına təqdim edir.

Fikirləri ilə dərin izlər qoymuş dəyərli ziyalımız, Əhməd bəy Ağayev

20-ci əsrin əvvəllərində, Azərbaycan və Türkiyədə, Qərbliləşmə və millətçilik fikirlərinin oyanmasında böyük işlər görmüş mühüm bir simadır Əhməd bəy Ağayev. Əsilzadə bir ailədən gələn Ağayev, bütün həyatını Türk dünyasının inkişafına, Azərbaycan xalqının öz milli şüuruna və tarixinə sahib çıxmasına həsr edib.

Hələ kiçik yaşlarından oxumağa, öyrənməyə həvəsli olan Əhməd bəy, təhsilini Fransada Sorbonna Universitetində davam etdirib. Ərəb, Fars, Fransız dillərini çox yaxşı öyrənib, 1890-cı ildən etibarən Şərq fəlsəfəsinə və ədəbiyyatına aid ilk məqalələrini dərc etdirib. Bu arada Parisdə ikən “Gənc Türklər” təşkilatının nümayəndələri ilə tanışıb, onlarla görüşmələrində Rusiya Türklərinin milli problemləri ətrafında müzakirələr aparıb. Eyni zamanda vətən ilə də əlaqəsini kəsməyib, bəzən Tiflisdə Rus dilində nəşr olunan “Kavkaz” qəzetində məqalələr nəşr etdirib.

Avropadan qayıtdıqdan sonra Azərbaycanda Məşriq adlı qəzeti çıxartmaq üçün hökümətdən icazə ala bilməyən Əhməd bəy Ağayev, 1896-cı ildə Şuşaya gedərək realnı məktəbdə Fransız dili müəllimi işləməyə başladı. Bu dönəmdə Kaspi qəzetində dərc etdirdiyi bir sıra məqalələrində əsasən müsəlman xalqlarının düşdüyü acınacaqlı vəziyyəti təhlil edirdi.

Əhməd bəy Ağayev, Azərbaycan və ümumən bütün Rusiya türklərinin çar istibdadı altında milli varlıqlarını itirmək təhlükəsi altında qaldıqlarını düşünürdü. Buna görə də hesab edirdi ki, Türklər öz varlıqlarını qorumaq üçün Türklüklərinə sahib çıxmalıdırlar. Bu arada o, Rusiyanın deyil, qərbin örnək alınmasını da tövsiyyə edirdi. Bu səbəblə …read more

From:: ANS