Kəşfiyyatçı zabitlər saxlanıldı

Ukraynanın təhlükəsizlik qüvvələri Luqansk vilayətində rusiyalı iki zabiti saxlayıblar. Saxlanılan şəxslər kəşfiyyat fəaliyyətində ittiham olunurlar.

ANS PRESS-in məlumatına görə, onlar Ukraynada terror aktı törətməyi planlaşdırırmışlar. Ukrayna rəhbərliyi zabitlərdən birinin istintaq zamanı çəkilmiş videogörüntülərini yayımlayb. Zabit Tolyati şəhəri 3 saylı briqadanın kəşfiyyat bölməsindən olduğunu açıqlayıb. Ukrayna prezident administrasiyasının nümayəndəsi Andrey Lisenko xəbəri təsdiqləyib.

“Rusiyalı iki əsgər əsir götürülüb. Hazırda əməkdaşlarımız onlarla məşğul olurlar. Məndə hələlik başqa informasiya yoxdur”.

Özlərini Luqansk Xalq Respublikası elan edən qurumun üzvləri isə, saxlanılan şəxslərin rus olmadığını, yerli polislər olduğunu açıqlayblar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da məlumatı təkzib edib və bildirib ki, Donbas regionunda heç bir rusiyalı hərbiçi fəaliyyət göstərmir. …read more

From:: ANS