Bu ölkədə öpüşmək olmaz! (FOTO)

Bəzən bizə adi gələn bəzi vərdişlər başqa bir ölkədə cərimələnməyimizə səbəb ola bilər. Bəzi ölkələrdə polisdən cəza almaq üçün quşları yemləmək, çimərlikdə öpüşmək və sairə kifayətdir.

ANS PREES dünyanın mütəlif ölkələrdə qarşılaşa biləcəyiniz ən maraqlı və qeyri-adi cəzalarını təqdim edir.

Saqqız
Sinqapurda saqqız çeynəmək, onu asfalta atmaq olmaz. Saqqız gətirmək, çeynəmək, onu atmağa görə 500 sinqapur dolları cərimə ala bilərsiniz. Saqqız qadağası 1992-ci ildən mövcuddur. Bu yolla hakimiyyət küçələrin, lift və asfaltın çirklənməsi ilə mübarizə aparır.
Metroda yemək, qırmızı işıqda yolu keçmək də bu qədər cərimə deməkdir.

Şokoladlı yumurta
ABŞ-a şokoladlı yumurta olan Kinder sürpriz aparmaq olmaz. Cərimə 300 dollardır. Qanunvericiliyə görə, qeyri-qida məhsulları, kiçik detallar qidanın içində ola bilməz.

Öpüşə qarşı
Vyanada 2013-cü ilin payızından metroda öpüşmək qadağandır. Öpüş, metroda qulaqcıqsız musiqi dinləməyə görə cərimə 50 avrodur. İndi şəhər rəhbərliyi bütün ictimai nəqliyyatda öpüşü qadağan etməyi planlaşdırır.

Açıq-aşkar öpüşmək nəinki Avstrya paytaxtında, müsəlman ölkələrində – Səudiyyə Ərəbistanı, Malayziya kimi ölkələrdə də qadağandır. İndoneziyada bu qaydanı pozanlar 300 min rupi və ya 10 il azadlıqdan məhrumolma ilə cəzalana bilərlər.

Çılpaqlıq
Bəzi ölkələrdə turistin açıq-saçıqlığı, məsələn, açıq çimərlik geyimi, çimərlikdə intim münasibət, nudiizm başına bəla ola bilər. Ərəb Əmirliyinə qadınlara açıq-saçıq çimərlik geyimində olmaq, kişilərin dar çimərlik geyimi geyinməsi, yerli qadınlarla birgə günəşlənməsi, razılıq olmadan foto çəkiliş, ədəbsiz geyinmək, içmək, söymək, ailələr istirahət edən yerdə top oynamaq qəti qadağandır. Qadınlara şəhər küçələrində bədənlərinin müxtəlif nayihələrii açıq gəzmək olmaz.
İntin münasibət isə məhkəmə,cərimə, həbs, deportasiyaya səbəb ola bilər. Çimərlikdə seks Türkiyə, Yunanıstan, Misir,Tayland,İtaliya, İspaniya kimi ölkələrdə də cərimə və həbslə nəticələnə bilər.

Sakitliyə qarşı
Axşamlar turistlər əylənmək istəyirlər. Amma bu heç də hər yerdə mümkün deyil. Hündürdən oxumaq, oynamaq, musiqi alətində çalmaq, hətta yüksək səslə televizora baxmaq cərimə ödəməyinizə səbəb ola bilər. Məsələn, Türkmənistanda saat 23:00-dan saat 07:00-a kimi səs-küy salmaq olmaz. Almaniyada saat 22:00-dan 06:00a kimi ölüm …read more

From:: ANS