FHN çiməliklərlə bağlı işlərə başladı (VİDEO)

“Bakı 2015”ə 23 gün qaldı. Görülən işlər isə göz qabağındadır. Oyunlar çimərlik mövsümünə təsadüf etdiyindən müvafiq qurumlar bu istiqamətdə hazırlıq işlərini artırıb. Maraqlıdır dəniz kənarında bizi, o cümlədən paytaxtımıza gələcək qonaqları nələr gözləyir?

I Avropa Oyunlarının yay çimərlik mövsümünə təsadüf etdiyini nəzərə alsaq, həm ölkəmizə gələn idmançıların, həm də qonaqların günün müxtəlif saatlarında Xəzər sahillərinə və ölkəmizin digər su hövzələrinin sahillərinə üz tutacaqları əvvəlcədən bəllidir. Ona görə də FHN Dövlət Sularda Xilasetmə Xidməti I Avropa Oyunları zamanı su hövzələrində təhlükəsizliyin təmin olunması üçün bir sıra tədbirlər həyata keçirir.

FHN-nin əməkdaşları Xəzər dənizinin sahil zolağı üzrə monitorinqlər və müşavirələr keçirilib və hal-hazırda da bu istiqamətdə işlər davam edir.

Xidmətin mütəxəssislərilə yanaşı yerli icra orqanlarının da iştirakı ilə keçirilən monitorinqlər zamanı müşahidə olunan nöqsanlar ətraflı öyrənilir və su hövzələrində insanların təhlükəsizliyi üçün zəruri hesab edilən tədbirlərin həyata keçirilməsi üçün lazım olan məlumatlar aidiyyəti orqanların diqqətinə çatdırılır.

Bu il Avropa Oyunları ilə bağlı maarifləndirmə işləri daha geniş istiqamətdə aparılacaq.

“Suda təhlükəsizlik və davranış qaydalarınə əks etdirən İngilis və Azərbaycan dilində 8 min ədəd plakat, braşura, lövhələr hazırlanaraq Dövlət Sularda Xilasetmə Xidmətinin istifadəsinə verilib”, – deyə FHN-nin rəsmisi Cavanşir Həşimov bildirib.

Maarifləndirici braşurlar xarici qonaların və turistlərin olacağı obektlərlə yanaşı yeri insanlara da paylanacaq. Eyni zamada I Avropa Oyunları ilə bağlı olaraq bu il su hövzələrinin kənarında quraşdırılacaq maarifləndirici lövhələr beynəlxalq işarələrlə həm Azərbaycan, həm də İngilis dilində yazılmış mətinlərlə hazırlanıb.

Çimərlik mövsümündə həmin lövhələr təyinatı üzrə su hövzələrinin kənarında quraşdırılacaq.

…read more

From:: ANS