Keçmiş birinci xanım şahzadəyə layla çalmaq öyrədib (FOTO)

Amerikanın keçmiş birinci xanımı Hillari Klinton Böyük Britaniya şahzadəsi Keyt Mideltona layla çalmağı öyrədib.

ANS PRESS-in məlumatına görə, ABŞ səfəri zamanı şahzadə Uilyam Barak Obama ilə görüşən müddətdə Keyt Midelton bir uşaq bağçasında olub. O buraya Hillari Klinton və qızı Çelsi ilə birlikdə gedib.

Hillari Klinton qızı Çelsi üçün uşaq vaxtı mahnı oxuduğunu deyib və həmin laylanı ifa etməyə başlayıb. O, Çelsi böyüdükcə bu mahnıları bəyənmədiyini, “oxuma, oxuma” dediyini də boynuna alıb.

Daha sonra Keyt Midelton şahzadə Uilyam ilə birlikdə basketbol matçını izləməyə gedib.

…read more

From:: ANS