Balkanlarda 90 min vətəndaş ayağa qalxdı (FOTO)

Makedoniyada bir müddətdir davam edən aksiyalar səngimək bilmir.

ANS PRESS-in məlumatına görə, makedoniyanın paytaxtı Skopyedə hökumətə dəstək məqsədilə mitinq təşkil edilib.

Makedoniya məclisi önündə keçirilən mitinqə 90 mindən çox vətəndaş qatılıb və bu aksiya ən çox adamın iştirakı ilə baş tutan mitinq kimi ölkə tarixinə düşüb. Mitinqdə iştirak etmək üçün başqa şəhrlərdən də Skopyeyə gələnlər olub.

Hökumətə dəstək mitinqində çıxış edən baş nazir Nikola Qruevski aksiyaçılarda ruh yüksəkliyini artırıb: “Son aylarda bizə qarşı fərqli ssenarilər hazırlayırlar, lakin bir bu yoldan çəkilməcəyik. Makedoniya çökməyəcək. Makedoniya güclüdür.”

…read more

From:: ANS