Məkkədə dünyanın ən böyük oteli

Dünyada ən böyük mehmanxanası 2017-ci ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində tikiləcək.

ANS PRESS-in məlumatına görə, mehmanxananın 12 qülləsində 10 min nömrə, 70 restoran, konfrans zalı və supermarket yerləşəcək.

Dünyada ən hündür mehmanxana günbəzi Əndəlüs (Mərakeş) üslübünda layihələşdiriləcək.

Mehmanxananın 10 qülləsində nömrələr “dörd ulduz” səviyyəsinə uyğun olacaq, daha iki qüllədə nömrələr “beş ulduz” və kral otaqları yerləşəcək. Mehmanxananın damında helikopter meydançası tikiləcək.

Qeyd edək ki, hər il bütün dünyadan milyonlarla müsəlman Məkkəyə baş çəkir. …read more

From:: ANS