“Olimpiya Bakısının rekordları”

Rusiya Federal Məclisinin Federasiya Şurasının rəsmi qəzeti olan “Parlamentskaya qazeta” nəşrində Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr olunmuş geniş məqalə dərc olunub.

ANS PRESS-in məlumatına görə, “Olimpiya Bakısının rekordları” sərlövhəsi altında dərc olunmuş məqalənin müəllifi “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovdur.

Məqalədə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qəbul olunmuş qərarı şərtləndirən amillər geniş şəkildə təhlil olunub, Azərbaycanın dayanıqlı sosial-iqtisadi sistemi, sabit ictimai-siyasi vəziyyəti və eləcə də dövlətin geosiyasi və geoiqstisadi müstəvidə əldə etdiyi üstünlüklər barədə Rusiya oxucusuna ətraflı məlumat verilib. Müəllif qeyd edib ki, Azərbaycanın Cənubi Qafqaz regionunun ən qüdrətli dövlətinə çevrilməsi, təməli hələ 90-cı illərin ortalarından ümummilli liderimiz böyük Heydər Əliyev tərəfindən qoyulmuş və on ildən artıq bir vaxt ərzində Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasətin nəticəsində mümkün olub. Zəngin təbii resurslardan düzgün istifadə olunması, əldə olunan gəlirlərin iqtisadiyyatın qeyri-neft sahələrinin inkişaf etdirilməsinə yönəldilməsinin ölkəmizə nəhəng layihələrin gerçəkləşdirilməsi üçün geniş imkanlar verdiyini vurğulayan müəllif qeyd edib ki, Azərbaycan həm qonşu ölkələrə, həm də paralel şəkildə Avropa ailəsinin üzvlərinə təminatlı transmilli layihələrdən yararlanmaq üçün əlverişli şərait yaradır.

Məqalədə Azərbaycanın belə bir böyük idman tədbirinə hazırlıq işlərini qısa müddət ərzində yekunlaşdırılması faktından da söz açılıb. Qeyd olunub ki, I Avropa Oyunlarına hazırlıq işlərini qısa bir zamanda yekunlaşdırmağın başlıca səbəbi Azərbaycan prezidenti İlham Əliyevin iradəsi və istənilən məsələnin həllində qətiyyətli addımlar atmaq bacarığıdır. Eyni zamanda, I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri, bacarığı və işgüzarlığı ilə seçilən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu işlərə töhfəsinin əvəzsiz olduğu da xüsusi vurğulanıb.

Diqqətçəkən məqamlardan biri də odur ki, F. Yusifovun Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğu barədə qeydləri də Rusiya Federasiya Şurasının – Parlamentin Yuxarı Palatasının rəsmi mətbu orqanında olduğu kimi yer alıb. Müəllif qeyd edib ki, Cənubi Qafqaz regionunda Dağlıq Qarabağ problemini yaratmaqla özünü böyük transmilli layihələrdən …read more

From:: ANS