Elgiz Əkbər də “Maşın” şouda

ANS-in efirində yayımlanan əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu “Maşın” realiti-şousunda məşhur aparıcı Elgiz Əkbər qonaq olub.

ANS PRESS-in məlumatına görə, iştirakçıları salamlayan Elgiz “Maşın” realiti-şousunu daim diqqətdə saxladığını və bütün buraxılışları maraqla izlədiyini qeyd edib.

Murad Dadaşov toyu münasibəti ilə Elgiz Əkbəri təbrik edərək ona söz verib.

“Təssuratlarım çoxdur. Verilişi maraqlı, baxımlı edən kim olacaqsa maşın onun olsun. Ilhamə Quliyeva mənə zəng edir deyir ki, “Maşın” şouya baxırsan, çox maraqlıdır. Başqa məşhurlar da baxır. Bu gün ilk dəfə “Günəbaxan”da efirdə oldum. Sabah sizi səfir kimi verilişə dəvət edirəm”,- deyə məşhur aparıcı Elgiz Əkbər bildirib.

Qeyd edək ki, “Maşın” realiti-şousunda iştirakçıların bugünkü hədəfi aktyor Allahverdi Yolçuyevdir. …read more

From:: ANS