3 övlad,10 nəvə, 8 nəticəsi olan 100 yaşlı nənə (VİDEO)

105 yaşlı nənəyə də ömrünə illər əlavə etmək nəsib olar. Uzunömürlülər siyahısına adını sala bilən bu ağbirçəyin 3 övlad,10 nəvə, 8 nəticəsi var.

ANS TV-nin məlumatına görə, Qubanın rayon mərkəzindən 62 km aralıda yerləşən Ördüc kəndində 105 yaşlı Ayət Qədirova ilə görüşmək o qədər də asan olmadı.

Qonaqkənddən sonra başlayan 12 km yoxuşlu, ensiz və torpaq yolla yarı piyada, yarı atomobillə ümumən 3 saata gəlib çatdıq.

Həyətə çatanda müsahibimiz Ayət nənəni evin qarşısında qaynayan samovarın yanında gördük.

İşgüzar nənənin ailə üzvləri ilə birlikdə çay dəmləməsinə mane olmadan süfrə arxasında onu söhbətə tutduq. Əsasən tat dilli olan müsahibim indiyə qədər həm çətin, həm də xoş günlər gördüyünü dedi. 3 övlad,10 nəvəsi, 8 nəticəsi olan Ayət nənə ömrü boyu zəhmətlə dolanmasından danışdı.

Ayət Qədirova: “Gecələr xana, corab toxumuşam, gündüzlər isə kolxozda işləmişəm”.

105 yaşı olsa da, Ayət nənə ölkədə baş verən mühüm hadisələrdən xəbərdar olmağa da çalışır.

Hətta Avropa Oyunlarını canlı izləmək istəməsilə bağlı suallımızı da baməzə cavab verdi:

“Aparsalar gedərəm niyə də yox, maşınla aparıb-gətirsinlər”.

Hələliksə, bu nənələrimizə sağlamlıq arzulayırıq.

…read more

From:: ANS