Daha bir ərəb şeyxi Azərbaycana niyə gəldi? (VİDEO)

Azərbaycana daha bir ərəb şeyxi ova gəlib.

ANS TV-nin məlumatına görə, ərəb zənginləri bu dəfə ölkənin Qəbələ rayonunda olublar. Səfər zamanı onlar rayonun gəzməli yerlərinə baş çəkib, ova çıxıblar.

Qəbələ səfəri zamanı şahzadələrdən biri burda çəkdirdiyi şəkilləri də paylaşıb. Bir müddət öncə də 18 milyard dollar sərvəti olan Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Azərbaycana səfəri zamanı Qəbələdə olmuşdu.

Digər ərəb milyonçuları isə Qızılağac qoruğunda olmuşdular. Hətta onların “Galenvagen” markalı maşını Neftçala ərazisində palçığa batmış, onları isə traktor xilas etmişdi.

Ərəblər də səxavət boxçalarının ağızını açıb onlara köməyə gələnləri sevindirmişdilər.

Ümumilikdə isə əcnəbi milyonçularının Azərbaycanı turist kimi ziayərət etmələri isə ölkənin dünyadakı nüfuzundan xəbər verir və eyni zamanda ölkəmizə xeyir gətirir.

…read more

From:: ANS